Ada Lavleys (ing. Augusta Ada King Byron, Countess of Lovelace, (10 dekabr 1815[…], London – 27 noyabr 1852[…], Marlibon[d], Birləşmiş Krallıq) — Çarlz Bebbic tərəfindən təklif olunan mexaniki ümumi təyinatlı kompüter olan Analitik Mühərrik üzərindəki işi ilə tanınan ingilis riyaziyyatçısı və yazıçısıdır. Maşının sırf hesablamadan kənar tətbiqlərə malik olduğunu ilk anlayan o oldu.Çarlz Bebbic tərəfindən ixtira olunan hesablama maşını üçün ilk proqramı tərtib edən Ada Lavleys dünya tarixində ilk proqramçı sayılır. Bu xanım həmçinin "sikl" və "işçi xana" terminlərini də ilk dəfə tətbiq etmişdir. 1979–1980-ci illərdə ABŞ-nin Müdafiə Nazirliyinin sifarişi ilə Ada proqramlaşdırma dili yaradılmışdır. Dilin yaradılmasında əsas məqsəd hərbi obyektlərin (gəmilərin, təyyarələrin, raketlərin, tankların və s.) idarə edilməsi üçün xüsusi sistemin yaradılması idi. 17 fevral 1983-cü ildə ADA obyektyönümlü proqramlaşdırma dili ANSI tərəfindən rəsmən standartlaşdırılmışdır. Bu dil ABŞ Müdafiə Nazirliyi tərəfindən qəbul edilmiş layihə çərçivəsində hərbi təyinatlı sistemlər və böyük hərbi kompüterlər üçün vahid proqramlaşdırma dilinin yaradılması məqsədilə işlənib hazırlanmışdır. Bundan başqa ilk proqramçı olan bu xanımın adının əbədiləşdirilməsi məqsədilə 1998-ci ildə Ada mükafatı təsis edilmişdir.
Developed by StudentB